Bu gündən 1940 dərman vasitəsi yeni qiymətlərlə satışa çıxarılacaq 25 Fevral 2016 02:00 Sağlamlıq Bu gündən etibarən qiymətləri təsdiqlənən daha 1 940 dərman vasitəsi yeni qiymətlərlə satışa çıxarılacaq. Maide.az xəbər verir ki, Tarif (qiymət) Şurasının qərarına əsasən, topdan və pərakəndə satış qiymətləri tənzimlənən dərmanların sayı 5 651-ə çatıb. İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin sayı 3 711 idi. Qeyd edək ki, Azərbaycanda ümumilikdə qiymətləri tənzimlənmiş dərman vasitələrinin manatın məzənnəsində baş verən dəyişikliklərdən əvvəl satışda olan qiymətləri ilə müqayisədə belə 20%-nin qiyməti 2 dəfədən çox, 8%-nin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilikdə 60%-nin qiymətləri endirilib. Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər. Teqlər : #Bu gündən 1940 dərman vasitəsi yeni qiymətlərlə satışa çıxarılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qiyməti endirilən, amma tapılmayan dərmanlar İmmunitetin zәiflәnmәsi xәrçәngә sәbәb ola bilәr. Bunu hamı bilmәlidir
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir