Bu gün ÜMUMDÜNYA TÜTÜNSÜZ GÜNÜDÜR

Siqaret çəkmək bütün dünyada ən yayılmış pis vərdişdir. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin hesablamalarına görə, dünyada hər 6 saniyə tütündən 1 insan həlak olur.

Hər il bu vərdişin fəsadlarından dünyada 6 milyon (!) insan dünyasını dəyişir. Bu insanların arasında həm siqaret çəkən, həm də uzun müddət ərzində tütünün təsirinə məruz qalan (ailədə, iş kollektivində və s.) insanlar var.

Diqqət! Siqaret çəkmək bu kimi ağır xəstəliklərin və pozulmaların əsas risk faktorlarından biri sayılır:

- insult

- infarkt

- ağciyər xərçəngi

- xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX)

- ağciyər enfizeması

- mədə xorası

- görmənin zəifləməsi

- ətraflarda arteriyaların zədələnməsi (bu qanqrenaya və ətrafın amputasiyasına (kəsilməsinə) gətirib çıxardır)

- sidik kisəsi xərçəngi

- qida borusunun xərçəngi

- ağız boşluğu, dil, dodaq xərçəngi

- impotensiya, sonsuzluq.

Tütündən bu gün imtina edin! /

 

Google+ WhatsApp ok.ru