Bu meyvə-tərəvəzlərin qabıqlarını soymayın! FAYDALAR

Qidalanma üzrə mütəxəssislərin fikirinə görə, bəzi meyvə və tərəvəzlərin qabıqları hətta onların ətindən də faydalıdır.
 
Alimlər bu meyvə və tərəvəzləri yaxşı yumağı və qabıqlı şəkildə yeməyi tövsiyə edirlər.
 
Bu meyvə-tərəvəzlərin arasında:
 
- Alma.
Flavonoidlər və antioksidantlarla zəngin olan alma qabığı güclü iltihabəleyhinə təsirə malikdir, orqanizmin qocalmasına səbəb olan sərbəst radikallarla mübarizə aparır, xərçəngəleyhinə təsir göstərir.
Alma qabıqları pektinlərlə zəngindir. Bu maddələr həzm sisteminin sağlamlığını qoruyur.
 
- Xiyar.
Kremniumla zəngin olan xiyar qabığı dəri üçün çox xeyirlidir, dərini cavanlaşdırır və möhkəmləndirir.
Həmçinin xiyar qabıqları bağırsaqları çox yaxşı təmizləyir.
 
- Badımcan.
Badımcanın qabığı antioksidantlarla xüsusilə zəngindir. Antioksidantlar orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi hüceyrə səviyyəsində ziyanlı təsirlərdən qoruyur.
 
- Kivi.
Kivinin qabıqları güclü antioksidant, antikonserogen (xərçəngəleyhinə) təsirə malikdir, iltihabəleyhinə təsir göstərir, stafilokokk və bağırsaq çöpləri ilə mübarizə aparır.
Kividən smuzi və ya şirə hazırladıqda qabıqlarını soymayın - meyvələri yaxşı yuyun və istifadə edin.
 
- Portağal.
Portağal qabıqları qiymətli müalicəvi məhsuldur. Efir yağları ilə zəngin olan portağal qabıqları orqanizmə iltihabəleyhinə təsir edir, immun sistemini möhkəmləndirir, həzm proseslərini yaxşılaşdırır, sakitləşdirir.
Portağaldan şirə və ya smuzi hazırladıqda qabıqlarını soymayın.
Portağal qabıqlarından çox dadlı və faydalı çay hazırlayın. 1 portağalın qabıqlarının üzərinə 1 stəkan qaynar su tökün, 15 dəqiqə dəmləyin, 1 çay qaşığı bal əlavə edin və için. Bu içki orqanizmi çox yaxşı tonuslaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır.(saglamolun.az)
 

Google+ WhatsApp ok.ru