Böyrəkləri ən yaxşı təmizləyən təbii üsul

Böyrəkləri ən yaxşı təmizləyən təbii üsul

Bu çox tanınmış üsuldur və onun müxtəlif variantları var. Sizə təqdim etdiyimiz resept tanınmış belorussiyalı həkim-fitoterapevt Evgeniy Şmerkonun kitabından götürülüb.
 
Resept:
 
- 2 iri limon
 
- 2 dəstə cəfəri
 
- 2 x.q təbii bal
 
Qabıqlı limon və cəfəri blenderdən keçirilir, bal əlavə olunur, qarışdırılır.
 
Qarışığı soyuducuda saxlayın və qurtarana qədər hər səhər acqarına 1 x.q. olmaqla qəbul edin.
 
Müalicə kursu ildə 2 dəfə - yaz və payız aylarında təkrarlanır.  
 
Müalicə zamanı ədviyyatlar, yağlı ət və ət bulyonları, duzlu, hisə verilmiş qidalar, konservlər qidalanmadan çıxarılır. Gün ərzində 2 l. adi təmiz su için.  
 
Maide.Az Saglamolun.az-a istinadla  bildirir ki, həkimin müşahidələrinə görə, bu üsuldan daimi istifadə böyrəkləri qum və duzlardan yaxşı təmizləyir, böyrəklərin fəaliyyətini yaxşılaşdırır və həmçinin təzyiqi normallaşdırır.
 

Google+ WhatsApp ok.ru