Cəfərinin yeni bilinən faydası kişiləri çox sevindirəcək

Cəfərinin yeni bilinən faydası kişiləri çox sevindirəcək

Rusiyada aparılan araşdırma nəticəsində cəfərinin daha bir faydası məlum olub. 
 
Maide.Az publika.az-a istinadən xəbər verir ki,  son araşdırmada  cəfərinin dazlaşmanın qarşısını alan möcüzəvi vasitə olduğu ortaya çıxıb. Araşdırmanın rəhbəri rusiyalı alim Aleksandr Kiselyov xərçəng hüceyrələrinin yaranmasının qarşısını alan cəfərinin dazlaşmaya qarşı da effektli olduğunu bildirib. Alimin sözlərinə görə, şüyüd ilə cəfərini birlikdə yemək xərçəng müalicəsində çox yaxşı təsir göstərir, həm də kimyəvi terapiyadan sonra daha müsbət nəticələr verir.
 
Rusiyalı alim cəfərinin xoşagəlməz ağız qoxusunu aradan qaldırdığını, immuniteti gücləndirdiyini, dəri hüceyrələrini yenilədiyini, zehni inkişafa da müsbət istiqamətdə təsir göstərdiyini xüsusi vurğulayıb.
 

Google+ WhatsApp ok.ru