Civzələrdən əziyyət çəkənlər mütləq oxusun 12 Aprel 2017 01:00 Sağlamlıq Amerikalı bir qrup alim dəridə iltihablı xəstəliklərin, xüsusilə də civzələrin yaranmasının əsas səbəbini müəyyən edib. Trend-in məlumatına görə, aparılan təhlillər nəticəsində məlum olub ki, üzdə civzələrin yaranması xüsusi bakteriyalardan yox, üz dərisinin ümumi mikroflorasından asılıdır. Müəlliflər qeyd edir ki, civzələrin qarşısının alınması üçün antibiotiklər vasitəsilə mikrofloranı məhv etmək yox, dəridə mikroorqanizm balansının saxlanmasına çalışmaq lazımdır. Civzələrlə gənc yaşda insanların 80-85 faizi qarşılaşır. Bugünədək onların yaranma səbəbi tam məlum olmayıb. Mütəxəssislər əsas səbəblər arasında maddələr mübadiləsinin pozulmasını, hormonal dəyişiklikləri və dərinin bakterial çirklənməsini göstərirlər. Teqlər : #Civzələrdən əziyyət çəkənlər mütləq oxusun, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dişi kariesdən qoruyan `ömürlük` plomb kəşf edildi Oruc tutaraq xərçəngin qarşısını ala bilərsiniz - Alimlər
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir