Dərmanların qiyməti ilə bağlı sənəd hökumətə təqdim olundu

Sənəd Tarif Şurasına göndəriləcək və dərmanların vahid qiyməti təsdiq ediləcək

Dərman preparatlarının qiyməti ilə bağlı layihə sənədi İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub. Həmin sənəd Ədliyyə və Səhiyyə nazirlikləri ilə razılaşdırılıb. Sənədin hökumət tərəfindən yaxın zamanlarda təsdiq ediləcəyi gözlənilir. Bundan sonra isə sənəd Tarif Şurasına göndəriləcək və dərmanların vahid qiyməti təsdiq ediləcək.
 
Qeyd edək ki, dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilib. Belə ki, bir neçə gün öncə baş nazir Artur Rasizadə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar verib.
 
Qərara əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilib.

Google+ WhatsApp ok.ru