Dəryadan bir damla:Qidanın iki əsas şərti

Dəryadan bir damla:Qidanın iki əsas şərti

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 168-ci ayəsində buyurur:

يَا أَيُّهَا النَّاسُ كُلُواْ مِمَّا فِي الأَرْضِ حَلاَلاً طَيِّباً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

Ey insanlar, yer üzündəki halal pak şeylərdən yeyin şeytanın addımlarına tabe olmayın. Həqiqətən, o, sizin aşkar düşməninizdir.”

İslam insanları daim pak və halal nemətlərdən istifadəyə çağırır. Eləcə də, müqəddəs dinimiz hər növ rahiblik və yersiz zahidliklə mübarizə aparır. Ona görə də qeyri-sağlam qidalar şeytandan sayılır. (“Maidə” surəsi, ayə 90.)

İslam yersiz aclığı da şeytan addımı bilir. Ona görə də tarixi mənbələrdə qeyd olunur ki, bəzi ərəb tayfaları öz məhsulları və heyvanlarının bir hissəsini heç bir dəlil olmadan haram etmişdilər. Onlar bu işi bəzən Allaha aid edirdilər. Uyğun ayə nazil oldu və şübhələr aradan qaldırıldı.

İslamda insanların maddi həyatına kamil şəkildə diqqət yetirilmişdir. Bu ehtiyaclardan qidalanma ehtiyacı öndə gəlir. Uyğun mövzuda onlarla ayə, yüzlərlə hədis mövcuddur. Peyğəmbərlərin vəzifələrindən biri də halal-haram qidaların və içkilərin insanlara tanıtdırılmasıdır.

Quranda, adətən, məsrəf icazəsi ilə yanaşı bir şərt, bir məsuliyyət də bəyan edilir. Məsələn, sözügedən ayədə: Halal pak nemətlərdən yeyin – əmrindən sonra şeytana tabe olmayın – deyə buyurulur.

Başqa bir ayədə Yeyin için əmrinin ardınca fəsad törətməyin şərti qoyulur. (“Bəqərə” surəsi, ayə 60.)

Digər bir ayədə Yeyin için, amma israf etməyin əmr olunur. (“Əraf” surəsi, ayə 31.)

Başqa bir ayədə isə Yeyin yedirin buyurulur. (“Həcc” surəsi, ayə 28.)

“Təfsiri-bürhan” kitabında İmam Sadiqin (ə) Tariq adlı bir şəxsə buyruğu nəql olunmuşdur. Rahiblik və tərki-dünyalıq qərarına gəlmiş Tariq arvadından ayrılmaq istəyərkən İmam (ə) buyurmuşdur: “Bu, şeytan addımlarındandır.”

Bildirişlər

1. Məsrəf, istifadə zamanı iki əsas şərt var: Həmin şeyin halal və pak olması

2. İslam bəzi riyazətlər (pəhrizlər) ilə müxalifdir.

3. Haram buyurulmuş, eləcə də, çirkin qidalardan istifadə şeytana tabeçilikdir.

4. Bəşərin təbii ehtiyacları şeytanın azğınlıq və qələbəsi üçün zəmindir. Təbii ehtiyacları təmin edərkən büdrəmələrə diqqətli olmaq lazımdır.

5. Şeytan insanı addım-addım azdırır. İlk addımdan ehtiyatlı olmaq lazımdır.

6. Şeytan xalqı çaşdırmaq üçün müxtəlif yollarla meydana girir.

7. İnsanları haramdan istifadəyə məcbur edib, halal nemətləri onların əlindən almaq şeytanın aşkar düşmənçiliklərindəndir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 168-ci ayənin təfsiri.)

Maide.az

 

 

Google+ WhatsApp ok.ru