Dişlərin müalicəsində YENİLİK 22 Yanvar 2016 02:00 Sağlamlıq Dişlərin müalicəsi daha ağrısız olacaq. Saglamolun.az xarici mediaya istinadən xəbər verir ki, San-Paulu (Braziliya) Universisteti alimləri dişlərin ağrısızlaşdırılması üçün yeni metodika hazırlayıblar. Onlar ağrısızlaşdıran inyeksiyaların əvəzinə ionoforezin istifadəsini təklif edirlər. İonoforez zamanı elektrik cərəyan istifadə olunur və onun təsirindən anestetik maddə lazım olan nahiyəyə yeridilir. Pasiyent heç bir ağrı və narahatçılıq hiss etmir. Yeni metodika heyvanların üzərində test olunub və çox yaxşı nəticələr verib. İnyeksiya ilə müqayisədə ionoforez daha güclü ağrısızlaşdırıcı effekt verir və daha təhlükəsizdir. Alimlərin fikirinə görə, yeni üsul yalnız stomatologiyada deyil, tibbin digər sahələrində də uğurla istifadə oluna bilər./ Teqlər : #Dişlərin müalicəsində YENİLİK, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ölkəyə yeni peyvənd gətirilib Gülün ki, sağlam olasınız! MARAQLI FAKTLAR
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir