Düşmənlərinizi tanıyın və ayıq olun!

Düşmənlərinizi tanıyın və ayıq olun!

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 118-119-cu ayələrində buyurur:
 
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ بِطَانَةً مِّن دُونِكُمْ لاَ يَأْلُونَكُمْ خَبَالاً وَدُّواْ مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاء مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ قَدْ بَيَّنَّا لَكُمُ الآيَاتِ إِن كُنتُمْ تَعْقِلُونَ.
 
هَاأَنتُمْ أُوْلاء تُحِبُّونَهُمْ وَلاَ يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ وَإِذَا لَقُوكُمْ قَالُواْ آمَنَّا وَإِذَا خَلَوْاْ عَضُّواْ عَلَيْكُمُ الأَنَامِلَ مِنَ الْغَيْظِ قُلْ مُوتُواْ بِغَيْظِكُمْ إِنَّ اللّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
 
“Ey iman gətirənlər! Özünüzdən qeyrisini özünüzə sirdaş seçməyin. Onlar sizə çətinlik yaratmaqda boş dayanmazlar. Onlar sizin əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların kin və düşmənçiliyi ağızlarından (danışıqlarından) bilinir. Qəlblərində saxladıqları isə daha böyükdür. Həqiqətən, Biz ayələri sizin üçün bəyan etdik. Əgər düşünsəniz!”
 
“(Ey müsəlmanlar,) bu sizsiniz ki, onları dost tutursunuz. Amma onlar sizi dost tutmurlar. Halbuki siz bütün (səmavi) kitablara iman gətirmisiniz, (amma onlar sizin kitabınıza iman gətirmirlər.) Sizinlə rastlaşdıqda (münafiqcəsinə) deyirlər: Biz iman gətirdik. Elə ki, (öz aralarında) xəlvətə çəkilirlər, sizə olan qəzəblərindən barmaqlarının ucunu gəmirirlər. De ki, «öz qəzəbinizlə ölün!» Həqiqətən, Allah sinələrdə olanlardan agahdır.”
 
İncə-nöqtələrə nəzər yetirək:
 
1. Düşmən bizim xeyir və sərmayəmizdən qəflətdə qalmağımızı istəyir. (“Nisa”, 102.)
 
2. Düşmən bizdən sazişçilik və həlimlik istəyir. (“Qələm”, 9.)
 
3. Müsəlmanların başqa cəmiyyətlərlə dostluq və rabitə meyarı iman olmalıdır. 
 
4. Düşmənin ilkin hərəkəti və təhlükəsi onun ideoloji hücumudur. Düşmən müsəlmanların düşüncəsinə zərbə vurmaqda tənbəllik göstərmir. 
 
5. Düşmənlər bizimlə cürbəcür üsullarla rəftar edirlər: Fəsad və günah vasitəsi ilə, təzyiqlər vasitəsi ilə, nifaq salmaq vasitəsi ilə.
 
6. Düşmənlərinizi tanıyın və ayıq olun. Onlar sizə qarşı fitnə-fəsad törətməkdə süstlük göstərmirlər. 
 
7. İlahi əmrlərin dəlili və fəlsəfəsi var. Əgər sizə düşmənlərlə səmimi rabitələr qadağan olunursa, bunun səbəbi odur ki, düşmənlər sizə qarşı fitnə-fəsad törətməkdə fəaldırlar. 
 
8. Kuzədəki nəm onun içindəkindəndir. Düşməndən yalnız kin-küdurət gözləyin. 
 
9. Düşmənləri onların təbliğatından tanıyın. 
 
10. Fitnəkar düşmənlə səmimi əlaqə ağılsızlıq nişanəsidir. Düşmənlə xoş rəftar səfehlikdir. 
 
11. Allah hamının qəlbindəkindən xəbərdardır. O, İslam düşmənlərinin planlarını ifşa edir. 
 
12. Sizin düşmənləriniz münafiqdirlər. Onların zahiri ilə batini fərqlidir. 
 
13. Allah düşmənin ruhiyyəsini tanıtdırmaqla sizə olan höccəti tamamlayır, suala yer qalmır. 
 
14. Mömin olmaq bir məsələdir, aqil olmaq digər bir məsələ. Ona görə Allah bu ayədə möminlərə buyurur: Əgər ağlınız varsa, düşmənə sirr verməyin. 
 
15. Düşmən ruhiyyəsinin müəyyənləşdirilməsi və insan meylinin səbəbləri çox dəqiqdir. Ona görə də sözügedən ikinci ayənin başlanğıcında xəbərdarlıq və tənbeh məqsədi ilə “ha” təbiri işlədilmişdir. 
 
16. Dostluq qarşılıqlı olmalıdır. Dostluğa meyil göstərməyənlə dostluğa can atmaq alçaqlıq səbəbidir. 
 
17. Müsəlmanlar bütün əvvəlki səmavi kitablara inanırlar. O biri dindən olanlar isə Qurana inanmırlar. 
 
18. Hər “iman gətirdim” sözünə arxayın olmayın. 
 
19. Elə düşünməyin ki, sizin məhəbbətiniz düşmənin qəlbindəki kini aradan qaldırar. 
 
20. Daxili stimullar xaricdən qaynaqlanır.
 
21. Düşmən sizə qəzəbli yox, qeyzlidir. Qeyz o zaman yaranır ki, insanın köksü qəzəblə dolmuş olsun. 
 
22. İlahi yardımlardan biri müsəlmanlar üçün düşmən ruhiyyəsinin açıqlanmasıdır. Bu ruhiyyə ifşa olunduqda, müsəlmanlar qəflətdən qurtulub ayıq-sayıq ola bilərlər. 
 
23. Öz düşmənlərinizi əskildin (alçaldın). 
 
24. Bəzən həsəd və kin kimi psixoloji hisslər insanı ölüm sərhəddinədək aparır. 
 
25. İslam əziyyətçil münafiqlərlə yekrəng kafirlərdən də sərt rəftar edir. 
 
26. Bəzən nifrət və nifrini elan etmək lazım gəlir. Kinli kafirlər və hiyləgər münafiqlər məhv olmağa layiqdir. 
 
27. Kafirləri cəzb etmək bəhanəsi ilə onlara məhəbbət göstərməyin. Bəzən kafirlərlə yaxınlığın səbəbi tamah, qorxu və ya satqınlıq olur. 
 
28. Allah qəlblərin sirlərindən xəbərdardır. 
 
Əgər inansaq ki, Allah hər şeydən xəbərdardır, hiylə və yalana əl atmarıq. Fitnəkar münafiqlər də bilsinlər ki, Allah onların əməllərindən xəbərdardır və vaxtında cavab verəcək. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi, 118-119-cu ayələrin təfsiri.)
 
Maide.az
 

Google+ WhatsApp ok.ru