Dənizdə çimməyin böyük riskləri var

Dənizdə çimməyin böyük riskləri var

-- dəniz suyu, bu xəstəliklərinin yayılmasına yol açır

"The Telegraph" qəzeti İngiltərədəki Exeter Universiteti Tibb Məktəbinin alimlərinə istinadən yazır ki, dənizlərdə çimmək qulaq ağrısı, qarın bakteriyalarına yoluxmaq kimi təhlükəli hallar yaradır.
 
Alimlər bildirirlər ki, Britaniyada dənizdə çimənlərin sayının artması qulaq ağrısı xəstəliyinin 77 faiz artması ilə müşayiət olunub.
 
Bundan başqa qarın-bağırsaq xəstəliklərinə tutulma hallarının riski 29 faiz yüksəlib.
 
Araşdırmaçılar deyirlər ki, dəniz suyunun təmizlənməsinə milyonlarla funt sterlinq vəsaitin xərclənməsinə baxmayaraq, çirklənmənin səviyyəsi təhlükəli həddə qalır. Bu, onunla əlaqədardır ki, sənayenin çirkab suları, kanalizasiya və əkin tarlalarının arxları hələ də dənizlərə çıxır.
 
Alimlər bildirirlər ki, dəniz suyu, xüsusilə də qulaq və qarın-bağırsaq xəstəliklərinin yayılmasına yol açır.
 
Britaniyada hər ay 11 milyon insan dənizdə üzür və son illərdə dəniz üzgüçülüyünün populyarlığı xeyli artıb.
 
Lakin Britaniya, ABŞ, Avstraliya, Yeni Zelandiya, Danimarka və Norveçdə 1961-ci ildən 120 min insan arasında aparılmış müşahidələr dənizdə çimənlərin müxtəlif xəstəliklərə yoluxma riskinin 86 faiz çox olduğunu göstərib. (bbc)
 

Google+ WhatsApp ok.ru