Enerji içkiləri ürək dayanmasına səbəb olur

Enerji içkiləri ürək dayanmasına səbəb olur

 
Son zamanlar gənclərin çox istifadə etdiyi enerji içkiləri ani ölümə səbəb olur
 
İndiyə kimi enerji içkilərinin ziyanı barədə bir çox məqalələr və araşdırmalar hazırlanıb. 
 
Ürək problemlərinə yol açan enerji içkiləri ziyanlarından danışan ekspertlər, xüsusi ilə də gənclərə xəbərdarlıq ediblər.
 
Maide.Az xəbər verir ki, son illərdə xüsusilə gənclər arasında əhvalı dəyişən və aslılıq yaradan maddələrlə zəngin olan enerji içkiləri insan həyatını təhdid edir. Aparılan araşdırmalar zamanı 12-19 yaş arasında təxminən hər üç gəncdən birinin enerji içkisi istifadə etdiyi məlum olub. Yüksək miqdarda kofein, jenşen, taurin və guarana kimi xəbərdaredici maddələr ehtiva edən enerji içkiləri, qısa müddətdə, yüksək dozada, xüsusilə spirtlə birlikdə qəbul edildikdə ürək döyüntülərini pozur. Bu isə ürək dayanması, hipertoniya, şüur itkisi, kəskin döyüntü, özündəngetmə və ani ölümə səbəb olur. Ürəyi xəstə olan insanlar bu içkilərdən əsla istifadə etməməlidirlər. 
 
Enerji içkiləri ürəyə ziyan olmasından əlavə yuxu pozğunluğu, narahatlıq, miqren ağrılar, mədə-bağırsaq sistemində problemlərə yol açır.
2007-ci ilin hesabatına görə, 18 yaş və daha gənclərin 46 fazində kofeinə rast gəlinib. Yeni Zellandiyadan təqdim olunan bir tədqiqata görə, daha çox uşaqda sınaqdan keçirmək üçün bir enerji içkisi kifayətdir ki, əks effekt görünsün. Məsələn, əsəb gərginliyi və mədə pozğunluğu kimi əks effektdən danışmaq olar. 
 
Herbal bitkisinin yüksək dozada qəbulu qan təzyiqini və ürək döyüntüsünü artırır. Lipshultz deyir ki, müəyyən xəstəlikləri olan adamlar da bu içkilərdən boyun qaçırmalıdırlar. 

Google+ WhatsApp ok.ru