Ermənilərin hərbi maşını partlayıb, 6 nəfər həlak olub

Dağlıq Qarabağda ermənilərin hərbi maşınları minaya düşərək partlayıb.
 
Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində sürücü və düşmənin 5 hərbçisi həlak olub. Hadisənin Ermənistan-Azərbaycan sərhəddində, cəbhəyanı ərazidə baş verdiyi bildirilir.
 
Qeyd edək ki, hadisə 9 sentyabrda baş versə də, Ermənistan hakimiyyəti bu faktı ictimaiyyətdən gizlətməyə çalışıb. Amma jurnalistlərin yaydığı məlumatdan sonra qondarma “Dağlıq Qarabağ” rejimi faktı dana bilməyib. /
 

Google+ WhatsApp ok.ru