Ermənistan ordusu sutka ərzində atəşkəsi 88 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 88 dəfə pozub.
 
Maide.az-ın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan ordusu bu ölkənin Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım və Qızılhacılı kəndlərində yerləşən mövqelərini atəşə tutub.
 
İşğalçılar Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Şıxlar, Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqelərini atəşə məruz qoyublar.
 
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 88 dəfə atəş zərbəsi endirib.

Google+ WhatsApp ok.ru