Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb 04 Mart 2016 02:00 Qarabağ xəbərləri Maide.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə yerində düşmənə məxsus iki ədəd mina, iki ədəd qumbara və istifadə etmək istədikləri qana bulaşmış ləvazimatlar aşkar olunub. Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib. Teqlər : #Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qarabağın qaytarılmasını istəyən erməni qaçdı Federika Moqerini öz bloqunda Qarabağ münaqişəsindən yazıb
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni