Federika Moqerini öz bloqunda Qarabağ münaqişəsindən yazıb 05 Mart 2016 02:00 Qarabağ xəbərləri Dağlıq Qarabağ yarası indiyədək Azərbaycan və Ermənistanı bir-birindən ayırmaqdadır. Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini öz bloqunda Bakı və İrəvana səfərlərinin yekunları ilə bağlı açıqlamasında qeyd edib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa İttifaqının gündəliyindədir və Aİ öz xüsusi nümayəndəsi vasitəsi ilə prosesi müşahidə edir. "Mən Azərbaycan və Asiya arasında körpü olan Azərbaycan və Ermənistandan yenicə qayıtmışam. Bu iki dövlət çətinlik və ziddiyətlərə baxmayaraq kövrək demokratiyanı möhkəmləndirməyi davam etdirir. Mən səfər zamanı Avropa İttifaqı üçün mühüm tərəfdaş olan ölkələrin təkcə hökumətləri ilə deyil, həm də vətəndaş cəmiyyəti və QHT nümayəndələri ilə görüşdüm", - deyə ali nümayəndə qeyd edib. Moqerininin sözlərinə görə, Bakıya səfər Cənubi Avropada enerji təhlükəsizliyi üçün başlıca əhəmiyyət kəsb edən böyük layihə - Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında iştirak etdim. "Eyni zamanda, bu layihə strateji cəhətdən mühüm regionda qarşılıqlı fəaliyyət potensialının dərinləşdirilməsi və genişləndirilməsi baxımından layihə iştirakçısı olan ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Bakıda mən, həmçinin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdüm və onlarla regionda, eləcə də İran, Türkiyə və Rusiyadakı vəziyyəti müzakirə etdim. Biz, həmçinin Azərbaycan-Aİ münasibətlərinə də toxunduq", — deyə diplomat bildirib. Teqlər : #Federika Moqerini öz bloqunda Qarabağ münaqişəsindən yazıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb Ermənilər kəndlərimizi yandırıcı güllələrlə gülləbaran etdi
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni