Ermənilər cəbhə xəttini atəşə tutdu 19 Mart 2016 02:00 Qarabağ xəbərləri Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 132 dəfə pozub. Maide.az Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Yarımca, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Novruzlu, Cəvahirli, Sarıcalı, Kəngərli, Mərzili, Qaraqaşlı, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 132 dəfə atəş zərbəsi endirib./ Teqlər : #Ermənilər cəbhə xəttini atəşə tutdu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Anjey Kaspşik Ermənistan və Azərbaycanı bayram günlərində atəşkəsə əməl etməyə çağırıb Ermənistanın terrorçu fəaliyyətinin qarşısının alınması üçün bütün tədbirlər görüləcək
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni