Ermənistanın terrorçu fəaliyyətinin qarşısının alınması üçün bütün tədbirlər görüləcək 19 Mart 2016 02:00 Qarabağ xəbərləri `Ermənistan vasitəçilərin sülh təşəbbüslərini həmişəki kimi əks-reaksiya verməklə qarşılayıb` “ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin atəşkəs rejiminə ciddi şəkildə əməl edilməsi çağırışının Azərbaycan Müdafiə Nazirliyi tərəfindən dərhal müsbət qəbul olunmasına baxmayaraq, Ermənistan tərəfi vasitəçilərin sülh təşəbbüslərini həmişəki kimi əks-reaksiya verməklə qarşılayıb”. Maide.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Ermənistan Müdafiə Nazirliyinin "atəşkəs rejiminə Ermənistan sərhədləri daxilində ciddi şəkildə əməl edəcəyi" fikri, faktiki olaraq hazırda işğal altında olan torpaqların ilhaqı kimi qələmə verilməsindən başqa bir şey deyil. Bunu nəzərə alaraq, Müdafiə Nazirliyi beynəlxalq qurumları erməni tərəfinin bu hərəkətinə müvafiq qiymət verməyə çağırır və bildirir ki, Silahlı Qüvvələrimiz silahlanmada olan istənilən vasitələri tətbiq etməklə, qoşunların təmas xətti boyu Ermənistanın terrorçu fəaliyyətinin qarşısının alınması üçün bütün tədbirləri görəcək”. Teqlər : #Ermənistanın terrorçu fəaliyyətinin qarşısının alınması üçün bütün tədbirlər görüləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənilər cəbhə xəttini atəşə tutdu MN: Düşmənə 146 atəş zərbəsi endirilib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni