Ermənilər qorxuya düşüb: Xankəndində təlaş var - VİDEO

 Sputnik-in verdiyi məlumata görə, təmas xəttində vəziyyət gərginləşəndən sonra Xankəndinin küçələrinə özüyeriyən artilleriya qurğuları çıxarılıb. 
Qeyd edək ki, erməni mətbuatının yaydığı məlumatlara görə, ermənilər cəbhə xəttinə yaxın kəndlərdən, xüsusən Ağdərədən kütləvi sürətdə tərk edərək Xankəndi istiqamətinə qaçırlar.
 
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı da işğal altında olan torpaqlarda məcburi şəkildə məskunlaşan ermənilər və erməni silahlı bölmələrinin Şuşaya və Xankəndi istiqamətində qaçdıqlarını bəyan edib.
 
Qeyd edək ki, işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhəyanı yaşayış  məntəqələrini gecə boyu atəşə tutmasına baxmayaraq, sakinlər evlərini tərk etməyiblər. Əksinə, hər biri ön cəbhədə ordumuza dəstək olmağa hazır olduğunu bəyan edərək, "Biz Ordumuza inanırıq, öz evimizdə, qəsəbəmizdəyik", - deyirlər. 
 
"Sputnik"in videosundan isə görünür ki, Azərbaycan ordusunun cavab addımları işğalçı orduda narahatlıqlara səbəb olub.FaktXəbər/
 

 

Google+ WhatsApp ok.ru