Üzeyir Cəfərov: “Ermәnilәrin havadarları Ermәnistanı Azәrbaycana qarşı tәhrik edirlәr”

"Düşmənin döyüş texnikası, canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb". Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir. Məlumata görə, erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir. "Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb", - deyə açıqlamada qeyd edilib.
 
Hərbi ekspert Üzeyir Cəfərov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, cəbhə xəttində davamlı gərgin anlar yaşanır: “Bu dəfə cəbhə xəttində çox ciddi proseslər baş verir. Bu proseslər onu göstərir ki, Azərbaycanın tərəfinin cavabı çox sərt olacaq. Çünki, son günlər düşmən çox ciddi özbaşnalıqlara yol verir. Hesab edirəm ki, cəbhə xəttində baş verənlər təsadüfi deyil. Adətən mart aylarında və əsasən də aprel aylarında bu cür olaylarla çox qarşılaşırıq.
Vaşinqtonda keçirilən 4-cü nüvə sammitində ölkə başçısının bir sıra dövlət rəhbərləri ilə görüşləri olub. Bütün bu proseslər Ermənistanın havadarları onları Azərbaycana qarşı müəyyən hərəkətlərə təhrik edib. Nə qədər baş verən olaylarda erməni tərəfi günahlandırılsa da, ermənidən daha çox onların havadarları günahkardır.
Onlar erməniləri hər yolla Azərbaycanın üzərinə tәhrik edirlәr. Hər iki tərəf ciddi itkilərlə üzləşir. Bütün bu ciddi proseslərə baxmayaraq cəbhə boyu geniş əməliyyatların keçiriləcəyinə inanmıram. İsətnilən halda çox ciddi və böyük fəlakətlərə yol aça bilən bir hadisədir”./
 

Google+ WhatsApp ok.ru