Erməni tərəfi itkilərini etiraf etdi: 27 ölü, 72 yaralı 05 Aprel 2016 01:00 Qarabağ xəbərləri Dağlıq Qarabağın separatçı rejiminin nümayəndələri Azərbaycan tərəfinin zərbələri nəticəsində 20 nəfərin öldüyünü, 72 nəfərin yaralandığını, 26 nəfərin itkin düşdüyünü təsdiq ediblər. Bu barədə Trend "News.am" saytına istinadən məlumat verir. Məlumatda qeyd olunur ki, erməni tərəfi döyüş zamanı 7 tankını da itirib. RİA Novosti isə yazır ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının zərbəsi nəticəsində münaqişə zonasında 7 könüllünün öldüyü barədə məlumat verib. Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Hovannisyan deyib ki, Azərbaycanın döyüş tipli pilotsuz uçuş aparatı aprelin 4-ü axşam saatlarında erməni könüllülərin olduğu avtobusa zərbə endirib, nəticədə yeddi nəfər ölüb. Daha öncə döyüş tipli pilotsuz uçuş aparatın zərbəsi nəticəsində 5 nəfərin öldüyü bildirilirdi./ Teqlər : #Erməni tərəfi itkilərini etiraf etdi: 27 ölü,#72 yaralı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənilər Ağdamın kəndini atəşə tutub, üç ev dağılıb Cəbhədən ən son xəbər – RƏSMİ
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni