Erməni silahlı bölmələri yenə atəşkəsi pozdu

Erməni silahlı bölmələri yenə atəşkəsi pozdu

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub.
 
Maide.Az bildirir ki,  Müdafiə Nazirliyindən verilən məlumata görə, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Google+ WhatsApp ok.ru