Prezident: “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” 07 Avqust 2016 01:00 Qarabağ xəbərləri “İran inanır ki, region ölkələrində sülh və sabitlik bərpa olunacaq. Hər bir problem sülh yolu ilə həllini tapmalıdır”. APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. H. Ruhani bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib: “Regiondakı münaqişələr sülh yolu ilə həllini tapmalıdır. İran Azərbaycan və Ermənistanın qonşusu kimi məsələnin sülh yolu ilə həllinə çalışıb. İranın əlində münaqişənin həlli ilə bağlı imkan olsa, əsirgəməyəcək”. Terrorçuluğa qarşı mübarizədən danışan İran prezidenti bildirib ki, iki ölkə bu sahədə əməkdaşlıq edəcək: “Mədəniyyət sahəsində, nifrətə, qarşıdurmaya qarşı olan islamın təbliği sahəsində birgə fəaliyyətlə bağlı da razılığa gəldik. Radikallıqdan uzaq olmalıyıq. Elm və texnologiya sahəsində də əməkdaşlığımız genişlənməlidir”. Teqlər : #Prezident: İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri yenə atəşkəsi pozdu Atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni