Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki şəxslərin bölgələr üzrə statistikası məlum olub

Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki şəxslərin bölgələr üzrə statistikası məlum olub

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki şəxslərin şəhər və rayonlar üzrə statistikası məlum olub.
 
Sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində Gəncə şəhəri üzrə 26 nəfər şəhid olub, 142 nəfər yaralanıb, Goranboy rayonu üzrə 8 nəfər şəhid olub, 11 nəfər xəsarət alıb.
 
Tərtər rayonu üzrə 17 nəfər şəhid olub, 56 nəfər yaralanıb.
 
Bərdə üzrə 27 nəfər şəhid olub, 101 nəfər xəsarət alıb, Beyləqan üzrə 2 nəfər şəhid olub, 5 nəfər yaralanıb, Ağcabədi rayonu üzrə 1 nəfər şəhid olub, 17 nəfər xəsarət alıb.
 
Füzuli üzrə 3 nəfər şəhid olub, 17 nəfər yaralanıb, Ağdam üzrə 7 nəfər şəhid olub, 44 nəfər xəsarət alıb, Mingəçevir üzrə 3 nəfər, Daşkəsən, Cəbrayıl, Xocalı və Tovuz üzrə isə 1 nəfər xəsarət alaraq yaralanıb.
 

Google+ WhatsApp ok.ru