Gələn il dünyada 3 milyon uşaq infeksion xəstəliklərdən öləcək 03 Noyabr 2016 02:00 Sağlamlıq 2017-ci ildə dünyada 3 milyon uşaq infeksion xəstəliklərdən öləcək. APA-nın məlumatına görə, bu barədə Gigiyena üzrə Ümumdünya Şurasının (The Global Hygiene Council) hesabatında deyilir. Ekspertlər belə nəticəyə gəliblər ki, hər il bir milyon uşaq pnevmoniyadan, 700 min uşaq isə diareyadan ölür. Qeyd olunur ki, dünyada ailələrin yarısından çoxu gigiyena qaydalarına əməl etmir. Həmin qaydalara əsasən, soyuqdəymə və qrip virusunun yayıldığı mövsümlərdə evləri dezinfeksiya etmək düzgün deyil. Digər tərəfdən fərdi evlərin 31 faiz hallarda bağırsaq infeksiyaların mənbəyi qismində çıxış etdiyi vurğulanır. Mütəxəssislər hesab edir ki, uşaqlar arasında infeksion xəstəliklərdən ölüm hallarının əsas səbəbi gigiyena qaydalarına əməl olunmamasıdır. Teqlər : #Gələn il dünyada 3 milyon uşaq infeksion xəstəliklərdən öləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İldə 5 milyon qadın xərçəngdən öləcək Ölkədə hər il 9-10 min adam xərçəngə tutulur
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir