Güclü külək Bakıda orta məktəbin damını uçurub 20 Oktyabr 2014 01:00 Elm, Təhsil Oktyabrın 19-u axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb. Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, bununla əlaqədar olaraq bu gün təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb. Dünən məktəb rəhbərliyi tərəfindən müəllim və şagirdlər bununla bağlı məlumatlandırılıb. Hazırda məktəbdə Təhsil Nazirliyinin nümayəndələri və müvafiq ekspertlər araşdırma aparır. Gün ərzində tədrisin bərpa olunması vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək. Teqlər : #Güclü külək Bakıda orta məktəbin damını uçurub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Goranboyda 6500 yaşı olan yaşayış məskəni tapıldı Doktoranturaya qəbul imtahanları başlayıb