Goranboyda 6500 yaşı olan yaşayış məskəni tapıldı

Goranboyda qədim tarixə malik yaşayış məskəni və  kurqan tapılıb. Tarixi 6500 il əvvələ təsadüf edən maddi mədəniyyət nümunələri bir daha sübut edir ki, Azərbaycan tarixin uzun bir dövründə əhəmiyyətli yaşayış məntəqəsi olub.  
 
Qədim yaşayış məskənini Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi ekspedisiyası aşkarlayıb. Qaraçinar kəndi ərazisində tapılan maddi mədəniyyət nümunələri  eneolit dövrünə,  həmçinin erkən tunc, antik və orta əsrlərə aiddir. Alimlər iddia edir ki, bu yaşayış məskəninin nə az, nə çox düz 6500 yaşı var. Qazıntılar zamanı tapılan kurqan isə rayon mərkəzindən 20 kilometr kənarda, Ağcakənd yolunun ətrafındadır. Sərdabənin hündürlüyü  30 metr, eni 4 metrə yaxındır. Bu kurqanın tarixi isə 2600 il əvvələ gedib çıxır. Sərdabənin üst hissəsi taxta tirlərlə örtülüb.Tədqiqatların ilkin nəticələri üzrə məlumatlar toplanıb, tədqiq ediləcək. Bundan sonra ərazidə geniş miqyaslı arxeoloji qazıntılara başlanacaq.

Google+ WhatsApp ok.ru