Gilas vitaminlərlə zəngindir

Gilas ən sevimli yay meyvələrindən biridir. Ən azı ona görə ki, bu meyvə vitaminlərlə zəngindir. Vitaminlərdən əlavə, gilasın tərkibində şəkər, daha dəqiq desək, qlükoza var.
 
Gilas immun sistemini stimullaşdırır. Bundan başqa, böyrək, mədə-bağırsaq traktına, damar divarları və qanın keyfiyyətinə müsbət təsir göstərir. Gilas qandakı xolesterinin səviyyəsinin azaldılmasına və qarında olan müxtəlif ağrıların aradan qaldırılmasına yardım edir. Bu meyvəni yeyərkən xarici gözəlliyinizdən heç də narahat olmağa dəyməz, çünki gilas özündə cəmi 50 kalorini cəmləşdirir./

Google+ WhatsApp ok.ru