Gündə 1 meyvə yeməyin möcüzəvi təsiri

Aparılan bir araşdırmaya görə,  hər gün 1 meyvə yemək, infarkt riskini üçdə bir azaldır.
 
Qaynarinfo.az-ın məlumatına görə, Oxford Universitetinin araşdırmasına görə, meyvə istehlakının həyati əhəmiyyəti var.
 
Bu mövzuda aparılan araşdırma nəticələri göstərib ki, meyvənin tərkibində olan vitaminlər və minerallar, ürək böhranı və iflic riskini üçdə bir azaldır.
 
“New England Journal of Medicine” jurnalında dərc edilən sözügedən bu araşdırmada, təzə meyvənin təzyiqi saldığı, meyvə tərkibində yerləşən liflərin bədəni xəstəliklərdən qoruduğu,  həmçinin antioksidanlar ehtiva etdiyi yer alır.

Google+ WhatsApp ok.ru