Görmə əngəlli analar körpələrini doğulmamış 'görəcəklər' 31 Avqust 2016 01:00 Sağlamlıq Polşa şirkətlərindən biri valideyn olmağa hazırlaşan görmə əngəlli insanları sevindirəcək xidmət istifadəyə verib. Yeni xidmət bu insanlara ana bətnində körpələrinin görüntüsünü hiss etməyə imkan verəcək. Şirkət onlara körpənin 3D printerdə çap edilən həcmli modellərini təklif edir. Layihə «Əngəlsiz gözlənti» adlanır . BAHALI MÜAYİNƏLƏRƏ GƏRƏK YOXDUR Şirkətin mütəxəssislərindən Aleksandra Witkowska-nın sözlərinə görə, valideynlərin əlavə bahalı müayinədən keçmələrinə gərək yoxdur. Standart ultrasəs müayinəsinin nəticəsi xüsusi proqramla 3D modelə çevrilir, 3D printerlə çap edilir. Layihə müəllifləri iddia edirlər ki, 3D modelləmə zamanı körpənin ana bətnindəki real görüntüsü, ölçüləri qorunur. Uşağın obrazının çapı Polşa sakinlərinə 1 avroya başa gəlir. Digər ölkələrdə yaşayanlar da xidmətdən yararlana bilərlər. Şirkət onlar üçün 3D printer faylı yarada, elektron poçtla göndərə bilər. İstifadəçi sonra bu faylı özü çap edə bilər. Çapa 4-7 saat vaxt tələb olunur.(azadliq.org) Teqlər : #Görmə əngəlli analar körpələrini doğulmamış 'görəcəklər', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həddindən artıq arıqlıq və dolğunluq ömrümüzdən neçə il alır? Ananas şirəsinin faydaları
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir