Həkimlərimizdən bir ilk - Bakıda ağciyər köçürüləcək

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Türkiyənin tanınmış mütəxəssislərinin iştirakı ilə “Dünyada ağciyər nəqli” mövzusunda konfrans keçirilib.
 
Konfransda ATU-nun ümumi cərrahiyyə kafedrasının müdiri, professor Çərkəz Cəfərov və türkiyəli professor Adnan Sayar məruzə ilə çıxış ediblər.
 
ATU-nun mətbuat xidmətindən ATVxəbər.az-a verilən məlumata görə, döş qəfəsi cərrahiyyəsi və ağciyər transplantasiyası üzrə tanınmış mütəxəssis Adnan Sayar dünyada ağ ciyər xərçəngi ilə bağlı mövcud durumdan danışıb.
 
Xərçəngin bu növünün əsasən kişilərdə daha çox rast gəlindiyini deyən professor son iki ildə ağ ciyər xərçəngindən əziyyət çəkən 23 xəstəsinin olduğunu bildirib. Qonaq Tədris Cərrahiyyə Klinikasında yaradılan şəraiti yüksək qiymətləndirərək, gələcəkdə bu klinikada ağciyər köçürülməsi əməliyyatlarının həyata keçirilməsi üçün əməkdaşlığa hazır olduqlarını bildirib.
 
Çərkəz Cəfərov isə traxeya və baş bronxlarda aparılan bərpa əməliyyatları haqqında danışıb. Bildirib ki, son illər ölkəmizdə 70 nəfərə yaxın xəstədə belə əməliyyatlar icra edib.

Google+ WhatsApp ok.ru