Həddindən artıq çox işləyən insanların NƏZƏRİNƏ! 16 Mart 2016 02:00 Sağlamlıq Texas Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, həddindən artıq çox işləyən insanlarda ürək-damar sistemi xəstəlikləri riski artmış olur. MedicalDaily xəbər verir ki, araşdırmanın müəllifləri 1986-2011-ci ilər arasında yaşı 18-dən yuxarı olan 2000 nəfər insana nəzarət edirdilər. Nəticədə məlum olub ki, iş vaxtı qurtardıqdan sonra işdə tez-tez əlavə qalan və həftədə 45 saatdan artıq işləyən insanlarda ürək-damar sistemi xəstəlikləri daha tez-tez inkişaf edir. Bu insanların 43%-də stenokardiya, ürək çatışmamazlığı, hipertoniya və digər pozulmalar, o cümlədən infarkt və insult, aşkar edilib. Belə araşdırmalar bundan əvvəl də keçirilirdi. 2015-ci ildə keçirilmiş araşdırmalar göstərib ki, stress şəraitində işləyən insanlarda işmik insultun riski 22% artır. Alimlər ən stresli peşələr sırasında dayə və bərbər peşələrini qeyd edirlər. / Teqlər : #Həddindən artıq çox işləyən insanların NƏZƏRİNƏ!, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Azərbaycanda reseptlər yeni qaydada yazılsın` Azərbaycanda “Hepatit”li xəstələri aldadırlar
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir