Həkim səhlənkarlıq edərsə - necə cəzalandırılacaq ? - Yeni qanun hazırlanır -VİDEO

İnsanların yalnış müalicə alması sağlam orqanı da sıradan çıxartdığından bu sonradan onların ölümü ilə nəticələnir. Bu kimi hallara son qoymaq üçün "passiyent" haqqinda qanun layihəsi hazirlanir.
 
Biri səhv diaqnozdan şikayət edir. Digəri isə həkim səhlənkarlığından gileylənir
 
Son illər pasiyentlərin hüquqlarının pozulması halları çoxalıb. Hətta vəziyyət o həddə çatıb ki, həkimə müraciət edən xəstə yanlış diaqnoz qoyulması və səhv müalicə aparılması səbəbindən ya şikəst olur, ya da dünyasını dəyişir.
 
Səhiyyə Nazirliyində bu və digər hallara nəzarət etməsi üçün Komissiya fəaliyyət göstərir. Nazirlikdən verilən müəlumata görə vətəndaşın yazılı müraciəti əsasında sözügedən həkim və onun çalışdığı tibb müəssəsi haqqında araşdırmalara başalınılır.
 
Ölkədə pasiyent haqqında qanun olmadığından bu kimi hallar "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla tənzimlənir. Millət vəkili Musa Quliyev deyir ki, Qanunda göstərilir ki, pasiyentin hüquqları pozulduqda, o, məhkəməyə müraciət edə bilər. Lakin təcrübədə bu müraciətlər əksər hallarda müsbət nəticələr vermir.
 
Millət vəkilləri yaxın günlərdə səhlənkar həkimləri məyus edəcək xəbər verəcəklər. Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən "Pasiyentlərin hüquqları haqqında" qanun layihəsi hazırlanır. Yeni komissiyanın yaradılması isə məsələni kökündən həll edəcək.
 
"Pasiyentlərin hüquqları haqqında" qanunda Komissiyanın hazırladığı rəy əsasında həkimin səhlənkarlıq dərəcəsindən asılı olaraq ona cərimə tətbiq olunması, bu sahədən bir dəfəlik uzaqlaşdırılması və hətta məsuliyyətə cəlb edilməsi öz əksini tapacaq.
 

Google+ WhatsApp ok.ru