Hər gün yaşıl bibər yemək insanı arıqladır və immuniteti artırır

Hər gün yaşıl bibər yemək insanı arıqladır və immuniteti artırır

Bibər - Badımcançiçəklilər fəsiləsindən bitki cinsidir. Bibərin vətəni Cənubi Amerikadır. İspanlar tərəfindən Avropaya gətirilmiş və qısa vaxtda tropik və subtropik ölkələrdə yayılmışdır.
 
Bibər - acı və şirin növləri olan, fərqli rənglərdə tərəvəz və ədviyyat olaraq istifadə edilən bitkilərin ümumi adıdır. Bibər xüsusilə C vitamini baxımından olduqca zəngindir.
 
Faydaları
 
İştahı açar, mədəni qüvvətləndirir və həzmi asanlaşdırır. Revmatizmə yaxşı təsir edir. Qanamaları önləyir. Qırmızı bibər insanı rahatladır və nəfəs yollarını açır. Bronxit və qrip kimi xəstəliklərdə faydalıdır. Ürək xəstəliklərinə qarşı qoruyucudur.
 
Acı bibər ağciyərləri təmizləyır və bəlğəmi aradan aparır. Oynaq iltihablanması, diş və boğaz ağrıları, revmatizm, həzm sistemi pozuqluqları, soyuqdəymə kimi narahatlıqlarda faydalıdır.
 
Tərəvəz olaraq yeməklərdə və salatlarda istifadə edilir. Qızardılıb yeyilə bilir. Ayrıca, ədviyyatı da əldə edilir. Hər gün yaşıl bibər yemək insanı arıqladır və immuniteti artırır. Bibər mədə-bağırsaq sisteminin yaxşı işləməsinə kömək edir. (deyerler.org)

Google+ WhatsApp ok.ru