Hər il 9 milyona yaxın insan xərçəng xəstəliyindən ölür 04 Fevral 2017 02:00 Sağlamlıq Dünyada hər il 8,8 milyon insan bir qayda olaraq gecikmiş mərhələlərdə aşkar olunan onkoloji xəstəliklərdən dünyasını dəyişir. “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi saytında məlumat yerləşdirilib. ÜST-nin yeni hesabatı hər il fevralın 4-də qeyd olunan Beynəlxalq Onkoloji Xəstəliklərlə Mübarizə Günü münasibəti ilə dərc olunub. Təşkilat ekspertləri ayrıca diqqəti xərçəngin erkən diaqnostikası probleminə yönəldirlər, çünki onkoloji xəstəliklərin əksər növləri erkən mərhələdə aşkar edildiyi zaman demək olar ki, tam müalicə olunandır. Yüksək ölüm halları bir qayda olaraq xəstəliyin artıq 3 və 4-cü mərhələlərdə aşkar olunmasıdır. Teqlər : #Hər il 9 milyona yaxın insan xərçəng xəstəliyindən ölür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu adamlara bankalanmaq qadağandır – Ekspert tövsiyəsi Azərbaycanda onkoloji xəstələrin sayı artır
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir