KİTABXANA :

250 YAŞLI İNSAN

250 YAŞLI İNSAN

İmamlar yalnız yaşadıqları dövrdə qərib olmadılar, əsrlər boyu onların həyatının mühüm və bəlkə də əsəs cəhətlərinə edilən diqqətsizlik bu qəribliyin tarix boyu davam etməsinə səbəb oldu. Bu əsrlərdə yazılmış kitablar imamların həyatına dair rəvayətləri gələcək nəsillərə ötürdüyü üçün şübhəsiz ki, misilsiz dəyərə malikdir.

ƏLƏVİ HÖKUMƏTİNİN NİZAMNAMƏSİ

ƏLƏVİ HÖKUMƏTİNİN NİZAMNAMƏSİ

Təqdim etdiyimiz bu kitab Maide.Az saytı tərəfindən tərcümə edilib və əziz oxuculara təqdim olunur! Bu kitab “Nəhcül-bəlağə”nin şərhi ilə bağlı 12 söhbətdən ibarətdir və 1973-1974-cü illərdə İmam Həsən Müctəba (ə) və Kəramət məscidlərində bəyan edilmişdir. Təəssüflər olsun ki, indiyə qədər bu bəhslərin digər səs yazıları və yazılı mətnlərini əldə edə bilməmişik. Ümid edirik ki, bu dəyərli kitabdan faydalanmaqla bərabər, islami dövlət və cəmiyyətin digər təbəqələrinin tərəqqisinin şahidi olacağıq. İnşallah! İslamın həyatbəxş məktəbi həm fərdin maddi və mənəvi təkamülünə, həm də cəmiyyətin tərəqqi və yüksəlişinə zəmanət verən mükəmməl bir proqrama malikdir. İslama görə, hökumətin təşkili ləyaqətli hakimlərin – həyatda və aşkarda olduqları vaxt məsumların (ə), qeyb dövründə isə “vəliyyi-fəqih”in tanıtdırılması ilə möminlərin ixtiyarına verilmişdir.

TÖVHİD, İSLAM İDEOLOJİ VƏ DƏYƏRLƏNDİRMƏ SİSTEMİNDƏ

TÖVHİD, İSLAM İDEOLOJİ VƏ DƏYƏRLƏNDİRMƏ SİSTEMİNDƏ

Kitab bəşər maarifi və mədəniyyətinin tərəqqi və təkamülü yolunda lazım olan bütün xüsusiyyətlərə malik olmaqla insan fikrini danışmaqda, onu başqalarına çatdırmaqda və mədəniyyətin yüksəlişində mühüm rol oynayır. Şübhəsiz ki, islam təfəkkürü və mədəniyyəti zəngin qaynaqlara və real dünyagörüşünə görə, insan təfəkkürü və düşüncəsinin ən üstün və mütərəqqi düşüncələrindəndir.

VƏHHABİLƏRİ BELƏ GÖRDÜM

VƏHHABİLƏRİ BELƏ GÖRDÜM

Bu kitab səfərnamə surətinə yazıldığından, oxucu üçün maraqlı və cazibədardır və mütaliəsi yorğunluq gətirməyəcəkdir. Əlbəttə, qeyd etmək lazımdır ki, müşahidələrin bəyanına aid olan bölmədə bu cəhət daha güclüdür. Vəhhabilərin batil əqidələri və dəlillərindən bəhs edən bölmə ikitərəfli dialoq şəklində olduğuna görə yorucu olmayıb xas bir şirinliyə malikdir.

MATERİALİZMƏ YÖNƏLMƏNİN ƏSAS SƏBƏBLƏRİ

MATERİALİZMƏ YÖNƏLMƏNİN ƏSAS SƏBƏBLƏRİ

Materializm sözünün, çeşidli anlayışları vardır. Bizim o anlaşların hamısından söz açmağımız bəhsimizin əsas məqsədi ilə uyğun deyildir. Misal olaraq: «Bəziləri materializm dedikdə «maddəni əsl və həqiqət» bilən görüşü qəsd edirlər. Yəni onlar, maddə, insan zehninin törətdiyi bir şey deyil, əksinə, varlığın həqiqətidir» deyə inanırlar.

VƏHHABİYYƏT İKİ YOL AYRICINDA

VƏHHABİYYƏT İKİ YOL AYRICINDA

«Vəhhabiyyət iki yol ayrıcında» kitabı görkəmli alim və tədqiqatçı şəxsiyyət olan Ayətullah Məkarim Şirazinin dəyərli əsərlərindən biridir. Müəllif bu əsərdə səy etmişdir ki, haqq-həqiqət aşkar olsun deyə, gözəl bəyanı və səlis qələmi ilə bu firqənin icad etdiyi şübhələrə cavab versin. Ümümdünya İslam Elmləri Akademiyasının tələbələrindən olan Məsum Əlizadə bu əsəri Azərbaycan dilinə tərcümə etmişdir. Ona və bu əsrin işıq üzü görməsində əllərindən gələn köməyi əsirgəmiyən bütün şəxslərə dərin minnətdarlığımızı bildirirk.

İMAM ƏLİNİN FƏZİLƏTLƏRİ

İMAM ƏLİNİN FƏZİLƏTLƏRİ

Həqiqətən, Əli (ə) fəzilətlərini saymaq dənizin suyunu ovucla ölçməyə bənzəyir. Hədislərdə Əhli-beytin (ə) dilindən yazılıbdır: «Biz, Allahın kəlmələriyik, bizim fəzilətlərimizi sayıb qurtarmaq olmaz».

LUHUF- İMAM HÜSEYN (Ə)-IN HƏYATI

LUHUF- İMAM HÜSEYN (Ə)-IN HƏYATI

«Luhuf» kitabının ən böyük İslam alimlərindən biri Seyyid ibn Tavus yazıbdır. Demək olar ki, «Luhuf» kitabı qeyd etdiyim mövzu haqqında yazılmış ən ətraflı, ən mötəbər, eyni zamanda kiçik həcmli bir kitabdır. Bu kitab kiçik həcmli olmasıyla yanaşı yüksək və diqqəti özünə cəlbedən qiymətli faktları əhatə edir.

BİBLİYA MƏHƏMMƏD PEYĞƏMBƏR (S) HAQQINDA NƏ DEYİR

BİBLİYA MƏHƏMMƏD PEYĞƏMBƏR (S) HAQQINDA NƏ DEYİR

Bu mühazirənin mövzusu olan «Bibliya Məhəmməd peyğəmbər (s) haqqında nə deyir» yəqin ki, çoxlarını təəcübləndirəcək. Çünki mühazirəçi müsəlmandır. Necə olub ki, məhz müsəlman yəhudi və xristianların Müqəddəs Kitabındakı peyğəmbərlik fikirlərinin şərhçisi olub.

İBADƏTLƏRİN HİKMƏTİ

İBADƏTLƏRİN HİKMƏTİ

Varlıq aləmində mövcud olan hər bir vücud öz səbəbinin (yaradanının)quludur,yaradılışında və davamlılığında ona tabedir,zatında,sifətlərində və əməllərində öz səbəbinin əmrlərini icra edir.Belə bir səbəb-nəticə bağlılığında heç cür ayrılıq mümkün deyil. Nə səbəb öz şərafət və feyz bəxşişini əsirgəyər,nə də bu səbəbin nəticəsi öz tabeçiliyindən və itaətindən qalır.

İSLAMDA HİCAB

İSLAMDA HİCAB

Böyük Allahdan ümüdümüz budur ki, dünyada qadınlar (xanımlar) islam dininin əzəmətli, ali olan təlimlərindən bəhrələnib öz azadlıqlarını böyük vüqarla əldə edə bilsinlər. Cəmiyyətin xoşbəxtlik və bədbəxtçiliyi qadınların (xanımların) vücudundadır.

MƏNFİ VƏ MÜSBƏT MİLLƏTÇİLİK

MƏNFİ VƏ MÜSBƏT MİLLƏTÇİLİK

Nasionalizm və millətçilik məsələsi iki son əsrlərdə dillərə düşümüş məsələlərdəndir və onun xüsusunda bir çox kitablar, məqalələr yazılıb nitq söylənmişdir. Burada məqsədimiz Əllamə Təbətabainin baxışını İslam və Quran nəzərini bəyan etməkdir. Nasionalizm həm müsbət və yaradıcı və həm də pozucu və viran edici ola bilən iki ağızlı bir qılıncdır.

İRAN İSLAM İNQİLABI

İRAN İSLAM İNQİLABI

İran İslam inqilabı XX əsrin son onilliklərində Yaxın Şərqdə baş verən ən mühüm hadisələrdən biridir. İnqilab İranın II Dünya müharibəsindən sonra ictimai-siyasi və sosial həyatının təzahürlərinin nəticəsi idi. Onun nəticəsində 2500 ildən bəri ölkədə hakimi-mütləq olan monarxiya sistemi devrildi və İran İslam Respublikası elan edildi.

İMAM HÜSEYN (Ə) HƏZRƏT MEHDİ (Ə.F) HAQQINDA

İMAM HÜSEYN (Ə) HƏZRƏT MEHDİ (Ə.F) HAQQINDA

İmam Mehdi (ə.f.) barəsindəki hədisləri toplayarkən mənə aydın oldu ki, onun haqqında ən çox hədislər İmam Hüseynə (ə) məxsusdur. Həzrət İmam Hüseyn (ə)-ın mövzudakı hədisləri babası Həzrət Mühəmmədin (s) və atası Həzrət Əlinin (ə) söylədiklərindən belə çoxdur.

AŞURA QİYAMI

AŞURA QİYAMI

İslamı indiyə kimi, bizim burada əyləşdiyimiz zamana kimi Seyyidüş-şühəda (İmam Hüseyn) diri saxlamışdır. Seyyidüş-şühəda (ə) hər nəyini, bütün gənclərini, mal-dövlətini, varı olan hər nəyini (mal-dövləti ki, yox idi), səhabələrdən, cavanlardan nəyi vardırsa, Allah yolunda verdi. İslamı gücləndirmək və zülm ilə müxalif olduğunu göstərmək üçün qiyam etdi.