Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA

Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA

“Koronavirusların növü çoxdur. Onun birinə qarşı peyvənd edib immunitet yaranırsa, o birisindən qorumur. Həmin immunitet də davamlı olmur. Sadəcə infeksiyanın yayılmasını müvəqqəti qoruya bilir. Lakin hazırkı yayılan 2019 koronavirusuna qarşı hələlik peyvənd işlənilib hazırlanmayıb”.
 
Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
 
C. İsayev virusun yayılması prosesinin yeni olduğu üçün bəzi məsələlərin hələ də müammalı olduğunu bildirib: “Səbəb tam bəlli olduqdan sonra bəlkə də peyvənd hazırlana bilər. Ümid edirəm ki, virusun əhatə dairəsi tezliklə lokallaşdırılacaq. Azərbaycan dövləti və vətəndaşları da öz təhlükəsizliyini qorumalıdır. Əgər vətəndaşlarımız həmin bölgəyə getməsə və insanlarla təmasda olmasa, virusun ölkəyə keçməsi halı qeydə alınmaz. Əsas odur ki, Çindən gələn insanlar yerindəcə yoxlanılsın”.
 
Baş infeksionist virusdan ölüm faizi 2,8-3 faiz olduğun vurğulayıb: “Buna səbəb Çinin əhalisi çox sıx yerləşdiyindən təmas halının yüksək olmasıdır”.
 
C.İsayev insanlara tövsiyə də verib: “İmmuniteti daim yüksək saxlamaq məsləhətdir. Bunun üçün zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Eyni zamanda, gigyenik qaydalara əməl etmək vacibdir. Bir sözlə, immun sistemini zəiflədən faktorlardan uzaq durmaq əsas şərtlərdəndir”.  
 

Google+ WhatsApp ok.ru