Ölkədə nə qədər onkoloji xəstə olması `məsələsi`

Ölkədə nə qədər onkoloji xəstə olması `məsələsi`

"Modern.az" saytında isə "Tibb eksperti Azərbaycanın baş onkoloquna etiraz etdi" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllifin deməsinə görə, Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimli "Modern.az"-a 2017-ci ilin rəsmi statistikasına əsasən ölkədə 45756 nəfər onkoloji xəstənin rəsmi qeydiyyata alındığını, onların 17 527 nəfərinin isə 5 il və daha çox yaşayan xəstələr olduğunu bildirib.
 
Müəllif ölkədə onkoloji xəstələrin göstərilən sayının nə dərəcədə gerçəkliyə uyğun olması barədə tibb elmləri doktoru, professor Adil Qeybulla ilə söhbətləşir.
 
A.Qeybulla isə öz növbəsində "modern.az"a açqlamasında hesab edir ki, baş onkoloqun açıqladığı rəqəmlər Azərbaycan reallığı ilə tamamilə uzlaşmır, belə ki, onkoloji xəstə olub, müalicə götürməyən, müvafiq mərkəzlərdə qeydiyyatda olmayan şəxslər də var: "Onkoloji xəstələrə yanaşmada fərqli məqamlar mövcuddur. Çox zaman xəstəyə onkoloji xəstəlik diaqnozu qoyulduqda, o, müalicə olunmaq istəmir. Onkologiya Mərkəzində qeydiyyatda da olmurlar, yaxud başqa xəstəliklərlə qeydiyyata götürülürlər".
 
A.Qeybullanın deməsinə görə, elə xəstələr var, onkoloji xəstəliyin bir fəsadı olan bağırsaq keçməzliyi kimi diaqnozlarla əməliyyat edilirlər və həmin xəstələr də tam olaraq, onkoloji xəstə kimi qeydiyyatda deyillər.
 
"Bütün bunları nəzərə aldıqda, səsləndirilən rəqəmlər Azərbaycan reallığı ilə tam uzlaşmır. Lakin Milli Onkologiya Mərkəzinə, Tibb Universitetinin Onkologiya klinikasına, poliklinikaya müraciət edən onkoloji xəstələrin müraciəti əsasında açıqlanan bu rəqəm tam olmasa da müəyyən qədər həqiqətə uyğundur".
 
Professora görə, statistik göstəricilərin üstündə manipulyasiya etmək mümkündür və adambaşına düşən onkoloji xəstəliklərin faiz göstəricisini dünya ilə müqayisə etmək, ümumi mənzərəyə rəy vermək üçün yetərlidir.
 
A.Qeybulla deyib ki, onkoloji xəsəliklərlə bağlı ölkədəki tam real statistikanı əldə etmək üçün bütün onkoloji xəstələrin qeydiyyatı bir mərkəzdə həyata keçirilməlidir və xəstənin harada əməliyyat edilməsindən asılı olmadan onların qeydiyyata alınması mərkəzləşdirilməlidir.

Google+ WhatsApp ok.ru