Məzunlarımızı ingilis dilini bilirlərmi? Təhsil Nazirliyi yoxlama aparacaq

Təhsil Nazirliyi IX sinif məzunlarının ingilis dili biliklərinin yoxlanılması və təhlilini aparılacaq. Təhsil Nazirliyindən Maide.az-a verilən xəbərə görə, Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub. Xidmətlərin məqsədi beynəlxalq səviyyədə qəbul olunmuş standartlar əsasında IX sinif şagirdlərinin ingilis dili biliklərinin imtahan vasitəsilə yoxlanılması və təhlilidir. Xidmətlərin icra müddəti bu ilin noyabrdan 2015-ci ilin iyununa kimi davam edəcək.
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən məlumatları və sənədləri təqdim etməlidirlər.
 
Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər. Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borc alanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaq.

Google+ WhatsApp ok.ru