Təhsil Nazirliyindən vəzifədən azad edilən müdirlə bağlı açıqlama 28 Avqust 2014 01:00 Elm, Təhsil Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva pensiya yaşının çatması ilə əlaqədar öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 1974-cü ildə Azərbaycan Dillər Universitetini ingilis dili müəllimi ixtisası üzrə bitirən Nailə Rzaquliyeva əmək fəaliyyətinə 23 nömrəli məktəbdə başlayıb. Burada ingilis dili müəllimi işləyən Nailə xanım bir müddət həmin təhsil müəssisəsinin direktoru vəzifəsində çalışıb. 2006-cı ildə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunan Nailə Rzaquliyeva ötən 8 il ərzində bu vəzifədə fəaliyyət göstərib. Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2004-cü il tarixli 422 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə, təhsil nazirinin 22 mart 2005-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. İşlədiyi müddətdə təhsil ictimaiyyəti arasında dərin hörmət, yüksək nüfuz qazanıb. Nailə xanıma uzun ömür, can sağlığı və uğurlar arzulayırıq. Teqlər : #Təhsil Nazirliyindən vəzifədən azad edilən müdirlə bağlı açıqlama, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məzunlarımızı ingilis dilini bilirlərmi? Təhsil Nazirliyi yoxlama aparacaq Əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu bu gün başa çatır