Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Hörmətli oxucular! Maide.az-ın Kitabxanasına 3 ədəd kitab əlavə olunub. Kitablardan biri "TORPAQ ÜZӘRİNӘ SӘCDӘ VӘ İKİ NAMAZIN ARDICIL QILINMASI" adlanır. Namaz yalnız Allah və Onun rəsulunun əmr etdiyi qaydalara müvafiq olaraq yerinə yetirilməlidir. Peyğəmbər (s) buyurub: “Mənim yerinə yetirdiyim namazı nə cür görmüsünüzsə, siz də, namazınızı o cür yerinə yetirin.”  Deməli, namazı qəbula yetməyən bəndənin bütün əməlləri də heçə yuvarlanaraq əhəmiyyətsiz olar. Bu kitabda namaz barədə suallarınıza cavab tapa bilərsiz. "AİLƏ SƏADƏTİNƏ NECƏ NAİL OLAQ?" kitabında isə çox mühüm və əsas məsələlərdən biri sayılan “İslamda ailə əxlaqı” mövzusunda qısa və yığcam surətdə toxunulmuş, şərif ayə və hədislərdən yerindəcə istifadə olunaraq ibrətamiz söhbət və hekayələr şirin və aydın bir dillə qələmə alınmışdır. "ALLAHA DOĞRU" kitabında "Yüksəliş və süqutun sirri nədir? Necə olur ki vahid bir mövcud bir-birinə zidd olan iki yol ayrıcında dayanır? İnsanlıq pöhrəsini çiçəkləndirən, eyni zamanda yandırıb külə döndərən nədir?" kimi suallara cavab verməyə səy göstərilmişdir. Kitab fəzilət sahibi, fəqih tanınmış filosof həzrət Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin əxlaq dərslərinin məcmusudur.

 

 

Google+ WhatsApp ok.ru