İMAM MƏHƏMMƏD TƏQİ ƏLEYHİSSƏLAMIN HƏYATI

İMAM MƏHƏMMƏD TƏQİ ƏLEYHİSSƏLAMIN HƏYATI

Doqquzuncu İmamın adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuş, hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində anadan olmuşdur.[1] Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan[2] Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və  öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu.[3] Belə ki, İmam Riza (əleyhissəlam) o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.[4]

İmam Cavad əleyhissəlamın atası vəfat edərkən təxminən səkkiz yaşı olmuş, iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş[5] və Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazim əleyhissəlamın məzarının yanında dəfn olunmuşdur.



[1] Üsuli-kafi, c.1, səh.492.

[2] Üsuli-kafi, c.1, səh.315, 492.

[3] İsbatül-vəsiyyət, səh.209.

[4] Biharül-ənvar, c.50, səh.15.

[5] Üsuli-kafi, c.1, səh.492.

 

Google+ WhatsApp