Müdafiə Nazirliyi: Ermənilər mövqelərimizi D-30 tipli haubitsalardan atəşə tutur - SON XƏBƏR 27 Aprel 2016 01:00 Qarabağ xəbərləri Ermənistan Silahlı Qüvvələri ötən gün axşam saatlarından başlayaraq cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutublar. Maide.az bildirir ki, bu barədə APA -ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutub. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən düşmənin susdurulması üçün atəş nöqtələrinə qarşı cavab tədbirləri həyata keçirilir . Müdafiə Nazirliyi bildirir ki Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub: “Cəbhədə baş verən hadisələrə görə erməni tərəfi birbaşa məsuliyyət daşıyır”. Teqlər : #Müdafiə Nazirliyi: Ermənilər mövqelərimizi D30 tipli haubitsalardan atəşə tutur SON XƏBƏR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru E.Məmmədyarov: «Azərbaycan danışıqlara hazırdır» Cəbhədə gərginlik var
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni