İmmun sistemini möhkәmlәndirәn MADDӘ 27 Mart 2016 02:00 Sağlamlıq Selen insan sağlamlığı üçün әn vacib olan minerallardan biridir. Selen immun sisteminin fәaliyyәtinә çox müsbәt tәsir edir orqanizmdә iltihabların azalmasına kömәk edir, immun hüceyrәlәrinin istehsalını sürәtlәndirir. Amerikada aparılan eksperimentlәr zamanı alimlәr siçanlara selen verirdilәr vә sonra onların immun sisteminin göstәricilәrini analiz edirdilәr. Nәticәdә mәlum olub ki, immun sisteminin göstәricilәri xeyli yaxşılaşıb. Selen antioksidant xüsusiyyәtlәrә malikdir orqanizmi sәrbәst radikalların tәsirindәn qoruyur, orqanizmdә gedәn qocalma proseslәrini lәngidir, xәrçәng xәstәliklәrinin inkişafının qarşısını alır. Selen hәmçinin qalxanvari vә mәdәaltı vәzilәrinin, kişilәrdә reproduktiv sisteminin fәaliyyәtini yaxşılaşdırır, saçların, dәrinin vәziyyәtinә müsbәt tәsir edir, qara ciyәrin hüceyrәlәrinin bәrpasına kömәk edir. Selen bir çox mәhsullarda var. Lakin nәzәrә almaq lazımdır ki, karbohidratların (şәkәr, şirniyyatlar vә s.) çoxlu miqdarda qәbulu bu maddәnin orqanizm tәrәfindәn mәnimsәnilmәsinә mane olur. Selenlә zәngin olan mәhsullar bunlardır: - qaraciyәr (mal, toyuq) - dәniz balığı - yumurta - qarğıdalı - düyü - lobya, mәrci - braziliya qozu, badam, püstә, araxis, qoz - kokos - buğda kәpәyi - pivә mayası - qara çörәk - cücәrdilmiş buğda - göbәlәk - sarımsaq Saglamolun.Az / Teqlər : #İmmun sistemini möhkәmlәndirәn MADDӘ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda vərəmdən ölənlər azalıbmı? Azərbaycanda 60 min insan bu xəstəlikdən əziyyət çəkir
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir