Mobil telefonlar insanda beyin xərçəngi yaradırmı? - ARAŞDIRMA 10 Fevral 2018 02:00 Sağlamlıq -- Amerikalı alimlər araşdırıb Amerikalı alimlər mobil telefonun radiotezlik şüalarının insan sağlamlığına təsirini araşdırıblar. Onların məqsədi bu növ qurğulardan olan şüalanmanın vaxt ötdükcə beyin xərçəngi yaratması ilə bağlı çoxsaylı nəzəriyyələri təkzib, yaxud sübut etmək olub. Maide.Az "Azərtac"a istinadən xəbər verir ki, mobil telefonlarda olan şüalanma rentgen zamanı yaranan ionlaşan şüalanma ilə müqayisədə daha təhlükəsizdir. İonlaşan şüalanma dezoksiribinuklein turşusunun zədələnməsinə səbəb ola bilər ki, bu da nəticədə insanda xərçəng xəstəliyi yaradır. Alimlər sübut ediblər ki, mobil telefonlardan çıxan radiotezlik şüalanma tamamilə başqa cür təsir göstərir. Amerika Onkologiya Cəmiyyətinin əsas tibbi əməkdaşı Otis Brauli bildirib ki, mobil telefondan istifadə zamanı insanda xərçəng xəstəliyinin yaranması ilə bağlı sübut yoxdur. Teqlər : #Mobil telefonlar insanda beyin xərçəngi yaradırmı? ARAŞDIRMA , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünya Səhiyyə Təşkilatından QRİP XƏBƏRDARLIĞI İslam tibbində `bal` ilə mualicə
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir