Mütəxəssislərdən qadınlara xərçəng xəbərdarlığı 27 Yanvar 2020 09:20 Sağlamlıq Elm adamları xəstəliklərin son illərdə sürətlə artdığı Puerto-Rikoda yaşayan 600 qadının qidalanma vərdişləri üzərində araşdırma aparıb. Maide.Az xəbər verir ki, araşdırma nəticəsində hər gün sarımsaq və soğan yeyən qadınların süd vəzisi xərçənginə yoluxması ehtimalının 67% daha az olduğu ortaya çıxıb. Mütəxəssislər bildirir ki, soğan və sarımaq çiy şəkildə istifadə edilməlidir. Bişmiş forması orqanizmə eyni dərəcədə fayda vermir. İngiltərənin "Daily Mail" qəzetinin xəbərinə görə, statistikalar ABŞ və İngiltərə hər 8 qadından birinin həyatının müəyyən dövründə süd vəzisi xərçənginə yoluxa biləcəyini göstərir. Dünya miqyasında xərçəngin əmələgəlmə və inkişaf səbəblərini anlamaq üçün daha çox araşdırma aparılmasına ehtiyac var. (Publika.az) Teqlər : #Mütəxəssislərdən,#qadınlara,#xərçəng,#xəbərdarlığı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Çay nədir, say nədir’ deyimi artıq aktual deyil – Saymasanız, bəlasına düşərsiniz Koronavirusa yoluxmamaq üçün nələrə əməl edilməlidir?
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir