Nadir xəstəliklərin müalicəsində istifadə edilən dərmanların yeni siyahısı hazırlanacaq

Nadir xəstəliklərin müalicəsində istifadə edilən dərmanların yeni siyahısı hazırlanacaq

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) nadir xəstəliklərin müalicəsində istifadə edilən dərman vasitələrinin siyahısının yenidən tərtib edilməsi ilə əlaqədar elmi toplantı keçirilib. 
 
Nazirliyin mətbuat xidmətindən Maide.Az-a verilən xəbərə görə, toplantıda bildirilib ki, "nadir xəstəliklər" ümumi əhaliyə nisbətən az sayda insanda görülən xəstəliklərdir: "Çox nadir xəstəlikləri tamamilə yaxşılaşdıran müalicə olmasa da, xəstələrin həyat keyfiyyətini artırmaq və həyatlarını uzatmaq mümkündür. Bundan başqa elm bütün nadir xəstəliklər üçün bəzi cavablar təmin edə, bioloji nümunələrin testi ilə yüzlərlə nadir xəstəliyin diaqnozu qoyula bilər. Nadir xəstəliklərdən əziyyət çəkən xəstələr müalicə imkanları və elmdəki inkişafların xaricində qala bilməz, onlar da müalicə mənasında digər xəstələrlə bərabər hüquqlara malikdir”.
 
Tədbirdə mütəxəssislər tərəfindən nadir xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələrinin yeni siyahılarının tərtibatı üçün bir həftə vaxt istənilib. Siyahılar hazırlanaraq, Səhiyyə Nazirliyinə təqdim olunacaq. /

Google+ WhatsApp ok.ru