Namazın əhəmiyyəti

Namazın əhəmiyyəti

Namaza tələsin-2

Öncəki yazını BURADAN oxuya bilərsiz!

 

Nəql olunmuş ayə və hədislərdən əlavə, ilahi övliyaların rəftarları da namazın əhəmiyyətini və məqamını bəyan edir. Namaz peyğəmbərlərin proqramlarındandır. Həzrət İsa (ə) beşikdə ikən deyir: Mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə etdi.”[1]

İmam Hüseyn (ə) də Aşura günü günorta çağı mübarizə meydanında, düşmən oxlarının qarşısında namazı tərk etmədi.

Həzrət İbrahim (ə) zövcəsini və uşağını heç bir ot və su olmayan qızmar Məkkə çöllərində qoyub dedi: Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili anası Hacəri) sənin Beytül-Həramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim.”[2]

Namaz zamanı məsum rəhbərlərimizin rəngi qaçar, deyərdilər: İlahi əmanəti qaytarmaq, Allah dərgahında hazır olmaq vaxtıdır.”[3]

Bəziləri namazı behişt tamahı ilə və ya cəhənnəm qorxusundan qılırlar. Lakin Əmirəlmöminin (ə) Allahı ibadətə layiq bilib namaz qılırdı.[4]

Bu həyatverici proqramı işə salmaq üçün İslam ata-analara tövsiyə edir ki, öz uşaqlarını yetkinlikdən öncə (məsələn, 8 yaşda) namaza vadar etsinlər. Bəzən etinasızlıq göstərdikləri üçün onlara qəzəblənsinlər.[5]

Namazqılan şəxs varlığın qaynağı ilə əlaqədədir. Necə ki, təyyarəçi sükan olan otaqla əlaqədədir.

Namaz günahların bağışlanma səbəbidir. Namaz günahların pis təsirlərini təmizləyir. Quran namazı əmr etdikdən sonra buyurur: Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparır.”[6]

(“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.50-51.).

Maide.az – Maarif bölümü

 



[1] “Məryəm” surəsi, ayə 31.

[2] “İbrahim” surəsi, ayə 37.

[3] bax: “Bihar”, 81-ci cild.

[4] bax: “Nəhcül-bəlağə”, 237-ci hikmət.

[5] bax: “Vəsail”, 3-cü cild, səh.13.

[6] “Hud” surəsi, ayə 114.

 

Google+ WhatsApp ok.ru