Vəhy məktəbində namaz

Vəhy məktəbində namaz

Namaza tələsin-1

Namaz peyğəmbərlərin ən mühüm tövsiyələrindən biri və ibadətin ən bariz nümunəsidir. Quran ayələrinə nəzər yetirdikdə, görürük ki, həzrət Loğman övladına deyir: “Oğulcan, namaz qıl.”[1]

Namaz unutqanlıq üçün dərman və Allahın zikri üçün vasitədir: “Məni düşünmək üçün namaz qıl.”[2]

Namaz çətin və kədərli anlarda köməkdir. Allah-Taaala buyurur: Çətinliklərdə namaz və səbirdən kömək alıb, onlara qalib gəlin: “Səbr etmək və namaz qılmaqla kömək diləyin!”[3]

Namaz Allahın verdiyi nemətlərə görə Ona təşəkkür vasitəsidir: “Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!”[4]

Namaz Allahın dostları üçün şirin, münafiqlər üçün isə çətin və ağır bir yükdür: “Həqiqətən, o, təvazökar olmayanlara ağır bir yükdür.”[5]

Namaz insanı fəsad və çirkinliklərdən saxlayan qüvvədir: “Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirir.”[6]

Namaz Allahın əhdidir.[7]

Namaz Peyğəmbərin (s) gözünün nurudur.[8]

Namaz təkəbbür üçün dərmandır. İmam Əli (ə) buyurur: “Allah insanı təkəbbürdən uzaqlaşdırmaq üçün namazı vacib etdi.”[9]

Namaz dinin simasıdır.[10]

Namaz İslam dininin nişanı, gerbi və bayrağıdır. Peyğəmbər (s) buyurur: “Namaz İslamın bayrağıdır.”[11]

Namaz dinin sütunudur.[12]

İslam Peyğəmbəri (s) buyurur: “Namazın dində rolu başın insan bədənindəki rolu kimidir.”[13]

Namaz Behiştin açarıdır.[14]

Namaz insanların dəyərləndirilməsi üçün meyardır.[15]

Namaz dinin köküdür.[16]

Qiyamətdə veriləcək ilk sual namaz haqqındadır.[17]

Namaz günahları məhv edir. Hədislərdə namaz insanın gün ərzində beş dəfə yuyunub, bütün çirklərdən təmizləndiyi bir çaya bənzədilir.[18]

Namaz məxluqla Xaliqin rabitəsidir. Namaz maddi insanı mənəviləşdirir və insanı Allahla tanışlıqdan əlavə, su, torpaq, qiblə, günəşin doğuşu və qürubu, vaxt və bütövlükdə təbiətlə tanış edir.

Namaz yeganə ibadətdir ki, döyüşdə belə insanın öhdəsindən götürülmür.

Namaz zülmkar hakimiyyətdə insanın ən uca azadlıq fəryadı və Allah dərgahında bəndəliyin elanıdır.

Namaz insanın Allaha yaxınlaşması üçün vasitədir.[19]

Namaz peyğəmbərlərin axırıncı tövsiyəsidir. İmam Sadiq (ə) vəfatından öncə bütün yaxınları və övladlarını ətrafına toplayıb bildirdi ki, namaza yüngül yanaşan şəxsə qiyamətdə bizim şəfaətimiz şamil olmayacaq.[20]

Namaz şeytanı məhv edir.[21]

(“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.48-50).

Maide.az – Maarif bölümü

 



[1] “Loğman” surəsi, ayə 17.

[2] “Taha” surəsi, ayə 14.

[3] “Bəqərə” surəsi, ayə 45.

[4] “Kövsər” surəsi, ayə 2.

[5] “Bəqərə” surəsi, ayə 45.

[6] “Ənkəbut” surəsi, ayə 45.

[7]  “Kənzul-ummal”, 7-ci cild, səh.279.

[8]  “Biharul-ənvar”, 77-ci cild, səh.77.

[9] “Nəhcül-bəlağə”, 252-ci hikmət.

[10] “Fürui-kafi”, 1-ci cild, səh.270.

[11] “Kənzul-ummal”, 7-ci cild, səh.279.

[12] “Mustədrəkül-vəsail”, 1-ci cild, səh.172.

[13] “Nəhcül-fəsahə”, 3075-ci cümlə.

[14] “Nəhcül-fəsahə”, 1588-ci cümlə.

[15] “Fürui-kafi”, 1-ci cild, səh.267.

[16] “Vəsailuş-şiə”, 1-ci cild, səh.4.

[17] “Nəhcül-fəsahə”, 979-cu cümlə.

[18] “Vəsailuş-şiə”, 3-cü cild, səh.7.

[19] “Fürui-kafi”, 1-ci cild, səh.265.

[20] “Fürui-kafi”, 1-ci cild, səh.264.

[21] “Qurərul-hikəm”, “səlat” bölümü.

 

Google+ WhatsApp ok.ru