Naxçıvana keçmək istəyən erməni saxlanılıb

Naxçıvana keçmək istəyən erməni saxlanılıb

Avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikası ərazisinı keçmək istəyən Ermənistan vətəndaşının Azərbaycan hərbçiləri tərəfindən saxlanıldığı bildirilir.
 
Bu haqda Azadlıq radiosu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən  xəbər verir.
 
Komissiyanın məlumatında bildirilir ki, milliyətcə erməni olan Agetsyan Henrik Sayerbekoviç 1954-cü il təvəllüdlüdür. Sərhədi keçərkən onu hərbçilər saxlayıblar.
 
Komissiya Ermənistan vətəndaşının saxlanması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsini bilgiləndirib.
 

Google+ WhatsApp ok.ru